92 ABŞ vətəndaşına rusiyaya giriş qadağa olundu
Dünya
28.08.2024 22:53
Rusiya öz ölkəsinə 92 ABŞ vətəndaşının girişinə qadağa qoydu.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Xarici İşər Nazirliyinin "telegram" kanalından məlumat verilib.
“Hüquq-mühafizə
orqanlarının, kəşfiyyat xidmətlərinin rəhbərləri və məmurları, hərbi sənaye
kompleksinin əsas şirkətlərinin rəhbərləri və Kiyev rejiminə sponsorluq edən maliyyə institutları daxil edilib ”Rusiya XİN-dən bildirilib.
Həmçinin siyahıya “The Wall Street Journal”ın baş
redaktoru Emma Taker və nəşrin jurnalistləri, nəşrin Moskva bürosunun keçmiş
rəhbəri Neytn Hoc, “The Washington Post” və “The New York Times”
qəzetlərinin müxbiri də daxil edilib.
Aynur TAC
tag: Rusiya, ABŞ, XİN,Ukrayna, todaypress.az,