91 yaşlı kanadalı milyarder cinsi təcavüzdə ittiham olunur

Dünya

10.06.2024 21:40

Kanada hökuməti Avstriya-Kanada avtomobil hissələri maqnatı olan milyarder Frank Stronkı 1980-ci illərdı baş verən cinsi təcavüz hadisəsinə görə həbs edib.

TodayPress xəbər verir ki, cümə gün həbs edilən 91 yaşlı Stronkın zorlama, qadına qarşı uyğunsuz davranış, cinsi təcavüz də daxil olmaqla beş cinayətdə ittiham olunduğu açıqlanıb.

Polis, cinsi təcavüzlərin 1980-ci illərdən 2023-cü ilə qədər davam etdiyini iddia edir.

Qeyd edək ki, milyarder ölkənin ən yüksək mükafatlarından biri olan Kanada ordeninə layiq görülüb.

GÜNEL

tag: Milyarder,Avstriya-Kanada, Cinayət, Cinzi zorakılıq, todaypress.az,