91 narko-kuryer saxlanıldı
Dünya
10.08.2024 12:01
Türkiyənin 26 əyalətində “Narkoçelik-31” adlı əməliyyat keçirilib. Nəticədə 91 narkotik satıcısı saxlanılıb.
TodayPress xəbər verir ki, bu barədə məlumatı Türkiyənin daxili işlər naziri Əli Yerlikaya sosial şəbəkə hesabında yazıb.
Bildirilib ki, axtarışlar zamanı 1 ton 47 kiloqram narkotik vasitə, 8 milyon 249 min ədəd çətənə kolu, skunk kökü və 21 min ədəd narkotik vasitə müsadirə edilərək, dövriyyədən çıxarılıb.
Əməliyyatlar zamanı saxlanılan 91 şübhəlidən 55-i həbs edilib, onlardan 9-u barəsində məhkəmə nəzarəti qərarı çıxarılıb. Digər şübhəlilər barəsində isə proses davam etdirilir.
Aytac Müşfiq
tag: Türkiyə, Narkotik,Narkoçelik-31, Əməliyyat, Əyalət, todaypress.az,