9 müəssisənin işi dayandırııldı – 20 tona yaxın məhsul məhv edildi

Dünya

20.06.2024 16:20

2158

Moskvada İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət Federal Xidməti (Rospotrebnadzor) botulizm hallarına görə 20 tona yaxın məhsulu ləğv edib.

TodayPress xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Məhsulların yandırma zavodunda məhv edildiyi qeyd edilir.

Salat üçün lobya hazırlanan fabriklərdə çoxsaylı qanun pozuntuları aşkar edilib, buna görə ruslar kütləvi şəkildə botulizmə yoluxublar. 

Rospotrebnadzor doqquz müəssisənin işini dayandırıb və 172 ton təhlükəli məhsul müsadirə edib.

tag: Moskva, Zəhərlənmə, Məhsullar, Müəssisə,Zavod, todaypress.az,