700-dən çox katolik dini yürüşün qurbanı oldu

Dünya

10.01.2025 16:54

Filippində hər il yanvar ayının əvvəllərində katoliklər Hz.İsanın ölkəyə və bu mərasimə qatılanlara sağlamlıq və xoşbəxtlik gətirməsi üçün “Black Nazarene” festivalını təşkil edirlər.

TodayPress “CNN”ə istinadən xəbər verir ki, bu il təşkil edilən mərasimdə insan izdihamı yaşanıb.

Nəticədə, 94 000-dən çox insanın iştirak etdiyi ənənəvi dini yürüşdə 700-dən çox şəxs xəsarət alıb.  

Qeyd olunub ki, hər hansısa qəza ehtimalının qarşısını almaq üçün yürüş öncəsi ehtiyat tədbirləri görülüb.

Günəş Mərd

tag: Katolik, dini ,Yürüş ,Qurban, todaypress.az,