700-dən çox işçi McDonald's-a qarşı iddia qaldırdı
McDonald's-ın 700-dən çox keçmiş və indiki Böyük Britaniya işçisi iş yerində təcavüz iddiası ilə “Fast food” şəbəkəsinə qarşı məhkəməyə qoşulub.
TodayPress xəbər verir ki, bu barədə “Leigh Day” şirkəti məlumat yayıb.
Şirkətin məlumatına görə, McDonald's-da işləyən 19 və daha kiçik yaşlı yüzlərlə müştəri hüquq firması ilə əlaqə saxlayıb.
Onlar adından qanuni tədbirlərin görülməsini xahiş ediblər. İşçilər iş zamanı ayrı-seçkilik və təzyiqə məruz qaldıqlarını bildiriblər. Bundan əlavə, onlar "homofobiya və irqçiliyin qurbanı olduqlarını" iddia ediblər.
"Hazırda 450-dən çox McDonald's restoranı məhkəmə proseslərində iştirak edir" məlumatda deyilir.
Qeyd olunub ki, hüquq firması müştərilər üçün təzminat tələb edəcək.
Günəş Mərd
tag: McDonalds, Hüquq ,Firma, Proses, todaypress.az,