630-dan çox reys təxirə salındı

Dünya

30.08.2024 10:23

Yaponiyada “Şanşan” qasırğası səbəbindən 630-dan çox reys təxirə salınıb. 

TodayPress xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.    

Məlumata görə, qasırğa qurbanlarının sayı 80 nəfəri ötüb, 3 nəfər ölüb. Bundan əlavə, Kyuşuda 130 mindən çox ev işıqsız qalıb.

Fəlakətin şiddətinə görə, Tokio və Osaka arasındakı ən işlək xətt də daxil olmaqla, bir çox marşrutlarda sürət qatarları da ləğv edilib.

Günəş Mərd

tag: Reys,Şanşan, Yaponiya, Osaka, Tokio, Fəlakət, todaypress.az,