63 yaşında uşaq dünyaya gətirən qadın ölkənin ən yaşlı anası oldu

Dünya

06.06.2024 22:32

İtaliyada 63 yaşlı qadın uşaq dünyaya gətirərək ölkənin ən yaşlı anası olub.

TodayPress İtaliyanın “La Nazione” qəzetinə istinadla xəbər verir ki, qeysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən Flavia Alvaro ilk dəfə 61 yaşında IVF müalicəsi ilə hamilə qalsa da 14 həftədən sonra uşaq düşüb.

Ukrayna qanunlarında bu prosedur üçün maksimum yaş həddi müəyyən edilmədiyi üçün qadın ilk dəfə Kiyevdə süni mayalanmadan keçib. İki il sonra o, yenidən hamilə qalmaq üçün eyni klinikaya üz tutub.


GÜNEL

tag: İtaliya, IVF müalicəsi, Kiyev, Uşaq, todaypress.az,