613 təyyarə məhv edildi: Rusiya Ukraynanın itkilərini yenilədi

Dünya

12.06.2024 17:36

Rusiya müharibənin 840-cı günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib. 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb. Onun sözlərinə görə, xüsusi əməliyyatın başladığı gündən indiyə qədər qarşı tərəfin 613 təyyarəsi, 276 helikopteri, 25 min 620 PUA-sı, 528 zenit-raket kompleksi, 16 min 319 tank və digər zirehli texnikası məhv edilib. 

Bundan başqa Ukraynanın 1335 reaktiv yaylım atəş sistemi, 10 min 372 artilleriya və minaatanı, 22 min 486 xüsusi hərbi avtomobil texnikası sıradan çıxarılıb.

tag: Rusiya, Dünya, Təyyarə, Ukrayna, Ordu, todaypress.az,