6 yaşlı uşaq polis olan atasını güllələdi
Dünya
13.08.2024 02:00
Bolqarıstanda altı yaşlı uşaq
ehtiyatsızlıqdan polis əməkdaşı olan atasını güllələyərək öldürüb.
TodayPress bu barədə xarici
mediaya istinadən məlumat verir.
Vəfat edən polis əməkdaşı 49 yaşlı
Nikolay Filipov Plovdiv polisinin xüsusi təyinatlı dəstəsinin atıcılıq üzrə təlimatçısı
olub.
Həmçinin Daxili işlər naziri Kalin
Stoyanovun Nazirliyin regional idarəsinin direktorunun istefasını tələb edilib.
Faktla bağlı araşdırılma aparılır.
Aytac Müşfiq
tag: Kalin Stoyan,Bolqarıstan,Silah, DİN,todaypress.az,