6 səs Mertsi xilas etmədi

Dünya

06.05.2025 14:30

8

Almaniya Sosial-Demokrat Partiyasının (SDP) deputatları Bundestaqda keçirilən ilk tur səsvermədə Fridrix Mertsin kanslerliyə namizədliyini dəstəkləyiblər.

TodayPress xəbər verir ki, bu barədə “Bild” parlamentdəki mənbələrə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, SDP üzvləri yekdilliklə Mertsi dəstəkləyiblər və fraksiyadan səsvermədə iştirak etməyən olmayıb.

Buna baxmayaraq, Merts kansler seçilmək üçün tələb olunan 316 səsdən yalnız 310-nu toplayıb və ilk turda uğur qazanmayıb.

Qiymət Mahir

tag: Almaniya Sosial-Demokrat Partiyası,Almaniya,Bundestaq,Fridrix Merts,todaypress.az,