6 dəqiqəlik sınaq uçuşu: Bu hələ son deyil
Dünya
24.06.2024 14:50
Çinli mühəndislərin hazırladığı təkrar istifadə oluna bilən daşıyıcı raketin şaquli qalxma-enmə sınağı uğurla icra edilib.
TodayPress xəbər verir ki, raket 12 kilometr hündürlüyə qalxdıqdan sonra yerə enib.
Bu, daşıyıcı raketin ən hündür qalxma-enmə uçuşu olub. Maye oksigen-metan ilə çalışan və diametri 3,8 metr olan raketin ümumi uçuş müddəti 6 dəqiqə çəkib.
Çinli mütəxəssislər növbəti mərhələdə raketin 70 kilometr hündürlüyə qalxıb-enmə sınağını həyata keçirməyi planlaşdırıblar.
tag: Çin, Mühəndis, Raket, Mütəxəssis,Maye, todaypress.az,