55 Ukrayna PUA-sı vuruldu
Dünya
21.01.2025 12:22
Rusiya Ukraynaya məxsus 55 Ukrayna pilotsuz uçuş aparatını (PUA) ələ keçirib.
TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, Rusiya hava hücumundan müdafiə sistemləri Rusiya Federasiyasının 6 regionu üzərində, 55 Ukrayna pilotsuz uçuş aparatını (PUA) ələ keçirib və məhv edib.
Rusiyanın Bryansk vilayəti üzərində 22, Rostovda 12, Smolenskdə 10, Voronejdə 6, Saratovda 4, Kursk üzərində isə 1 PUA vurulub.
Nicat Osman
tag: PUA,Ukrayna,Rusiya,Müdafiə,Todaypress.az,