500 milyon dollarlıq silah müqaviləsi inkar edildi

Dünya

25.07.2024 16:05

1779

Ermənistan tərəfi İranla 500 milyon dollarlıq silah müqaviləsi imzalaması ilə bağlı yayılan xəbərləri təkzib edib. 

TodayPress xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Aram Torosyan bildirib.

Onun sözlərinə görə, yayılan məlumat uydurma və yalandır. 

Qeyd edək ki, “Iran İnternational” saytı Ermənistan və İranın 500 milyon dollar dəyərində silah alınması ilə bağlı gizli müqavilə imzaladığı barədə məlumat yayıb.

Günəş Mərd

tag: Ermənistan, Silah, Müqavilə, İran, 500 Milyon, todaypress.az,