5 ölkə genişmiqyaslı məhbus mübadiləsi həyata keçirəcək
Dünya
01.08.2024 09:54
Rusiya, Belarus və Sloveniya ölkələri ABŞ və Almaniya ilə genişmiqyaslı məhbus mübadiləsi aparacaq.
TodayPress xəbər verir ki, bu barədə Sloveniya Mətbuat Agentliyi məlumat yayıb.
Qeyd olunub ki, sövdələşməyə Sloveniyada casusluq ittihamı ilə 1 il 7 ay həbs cəzası almış iki Rusiya vətəndaşı daxil olacaq. Qapalı keçirilən prosesdə onlar öz günahlarını etiraf ediblər.
Qeyd edək ki, əvvəllər bu proqrama yalnız Rusiya və ABŞ-nin daxil edildiyi bildirilmişdi. Lakin Sloveniya tərəfi açıqlayıb ki, prosesə Belarus və Almaniya da daxil olacaq.
Hazırda bir sıra rusiyalı məhkumun adları Amerika həbsxanalarının məlumat bazalarından yoxa çıxıb. Lakin onlar hələ də cəzaçəkmə müəssisələrində olduqları deyilir.
Töhfə Səməd
tag: Rusiya, Belarus, Sloveniya, ABŞ, Amerika, todaypress.az,