45 ölkənin nümayəndəsi BRİKS media sammiti üçün Moskvaya gəlir
Dünya
13.09.2024 20:55
Sentyabrın 13-17-də
Moskvada keçiriləcək BRİKS media forumunda 45 ölkədən 60-dan çox KİV-in
rəhbərləri və aparıcı mütəxəssisləri gələcək.
TodayPress xəbər verir ki, bu barədə “TASS” məlumat
yayıb.
Bildirilib
ki, forumun əsas mövzusu çoxqütblü dünyada medianın rolu olacaq.
Foruma
BRİKS-ə üzv ölkələrin - Braziliya, Çin, Efiopiya, Misir, Hindistan, İran, BƏƏ,
Rusiya, Səudiyyə Ərəbistanı, Efiopiya və Cənubi Afrikadan jurnalistlər gələcək.
Sentyabrın
14-nə planlaşdırılan rəsmi açılış mərasimində "TASS"ın baş direktoru Andrey Kondraşov, BRİKS Media
Forumunun icraçı sədri və Çinin Sinxua xəbər agentliyinin prezidenti Fu Hua,
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov, Rusiyanın rəqəmsal
inkişaf üzrə müavini, Rabitə və Kütləvi İnformasiya Vasitələri naziri Bella
Çerkesova, Rusiya XİN-in İnformasiya və Mətbuat Departamentinin direktoru
Mariya Zaxarova, Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid
Slutski olacaq.
Qeyd
edək ki, BRİKS media forumu BRİKS-ə üzv ölkələrin aparıcı media qurumları
arasında dialoq üçün qeyri-hökumət, qeyri-kommersiya platformasıdır. O, 2015-ci
ildə Çinin Sinxua xəbər agentliyinin təşəbbüsü ilə yaradılıb. BRİKS-ə sədrlik edən
ölkədə BRİKS media forumları keçirilir.
Aynur TAC
tag: Rusiya, BRİKS, Forum,MEDİA, Zaxarova,todaypress.az,