42 saat liftdə qalan kişi: Öləcəyimi düşündüm

Dünya

18.07.2024 07:30

Hindistanın cənubundakı Kerala əyalətindən 42 saat qida və su olmadan xəstəxana liftində qalan şəxs “BBC”yə yaşadıqlarını danışıb.

TodayPress xəbər verir ki, 59 yaşlı Ravindran Nair şənbə günü günortadan sonra xəstəxanada həkimin yanına qalxmaq üçün liftdən istiadə edib. Lakin liftin xarab olması nəticəsində o, lift operatoru onu tapana qədər, yəni, bazar ertəsi səhərə qədər içəridə bağlı qalıb. Nair hazırda xəstəxanadadır və dehidrasiya və bel ağrılarından müalicə alır.

Ailə üzvləri əvvəlcə onun işdə olduğunu düşünsələr də, daha sonra polislə əlaqə saxlayıb və çarəsiz halda onun axtarışına başlayıblar.

Nair “BBC”-yə bildirib ki, liftdə qaldıqda, orada qeyd olunan təcili yardım nömrəsinə zəng etməyə çalışıb, lakin heç bir cavab ala bilməyib.

“Həyəcanlanmağa başladım və kömək çağırmaq üçün liftin qapılarını döyməyə başladım. Bu zaman telefonum yerə düşdü və işləmədi. Liftin içi qaranlıq idi, ancaq şükürlər olsun ki, nəfəs almaq üçün kifayət qədər hava var idi" deyə 59 yaşlı kişi bildirib.

"Liftin içində öləcəyimi düşünməyə başlamışdım. Həyat yoldaşım və uşaqlarım üçün narahat idim. Ancaq sonra birtəhər güc topladım və öz-özümə bu qorxulu sınaqdan keçməli olduğumu dedim. Ancaq iki günə yaxın orada qalacağımı bilmirdim."

Nəhayət, lift operatorları 42 saat sonra, bazar ertəsi səhər yerli vaxtla səhər saat 06:00 radələrində gələrək onu xilas ediblər.

O xilas olduqdan sonra ilk iş olaraq, həyat yoldaşına zəng edib.

Hadisə bir çox manşetlərdə yer alıb və əyalət hökuməti üç texniki işçini işdən çıxarmağa və araşdırma başlatmağa məcbur olub.

Nəzrin Cavadzadə

tag: Hindistan, Lift, Nair,Hadisə, todaypress.az,