40-dan çox Ukrayna pilotsuz uçan aparatı məhv edildi

Dünya

01.11.2024 00:38

Rusiya Hava Hücumundan Müdafiə Qoşunları Ukraynanın 40-dan çox pilotsuz uçuş aparatını (PUA) məhv edib.

 

TodayPress xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi “Telegram” kanalında məlumat yayılıb.

 

Bildirilir ki, 20 “PUA” Kursk vilayəti, 13-ü Bryansk vilayəti ərazisi üzərində vurulub. Daha 4 Ukrayna pilotsuz uçan aparatı Oryol vilayəti, üçü Belqorod vilayəti, biri isə Krım Respublikası ərazisi üzərində məhv edilib.

 

Bundan əvvəl Rusiyanın hava hücumundan müdafiə sistemləri Azov dənizi üzərində Ukraynaya məxsus pilotsuz təyyarəni vurub.

 

 Həmçinin Müdafiə Nazirliyi Ukrayna Silahlı Qüvvələrinin Rusiya bölgələrinə hücumu barədə məlumat  yayıb. İki pilotsuz təyyarə Kursk vilayəti üzərində, daha ikisi Bryansk üzərində, bir pilotsuz təyyarə isə Krım üzərində vurulub.


Aynur TAC

tag: Rusiya, Ukrayna, PUA, Kursk, Bryansk, Belqorod, todaypress.az,