4 yaşlı uşaq quş qripinə yoluxdu

Dünya

12.06.2024 12:21

Hindistanda 4 yaşlı uşaqda quş qripi növü olan A (H9N2) quş qripinə yoluxma halı aşkarlanıb. 

TodayPress xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatından bildirilib. 

Məlumata görə, yoluxma Hindistanın şərqindəki Qərbi Benqal əyalətində qeydə alınıb. 

ÜST bildirib ki, xəstə fevral ayında davam edən ağır tənəffüs problemləri, yüksək hərarət və qarın ağrısı səbəbindən yerli xəstəxananın uşaq reanimasiya şöbəsinə yerləşdirilib və diaqnoz və müalicədən üç ay sonra evə buraxılıb. 

Qeyd edək ki, bu, Hindistanda 2019-cu ildə ilk dəfə H9N2 virusunun insanda aşkarlanmasından sonra qeydə alınan ikinci haldır. 

Günəş Mərd

tag: Quş qripi, Hindistan, ÜST, H9N2, Dünya,todaypress.az,