4 qat olimpiya çempionu faciəvi şəkildə öldü

Dünya

19.08.2024 19:15

2503

Venesuelalı velosipedçi Daniela Larreal faciəvi şəkildə həyatını itirib.

TodayPress“Mirror”a istinadən xəbər verir ki, polis əməkdaşları 50 yaşlı idmançının cəsədini Las-Veqasdakı mənzilində tapıblar.

İlkin məlumatlara görə, D.Larreal yemək zamanı boğulma nəticəsində vəfat edib. Onun avqustun 11-də öldüyü güman edilir. Ölümdən sonra nəfəs borusunda bərk qida qalıqları tapılıb. Lakin ölümün səbəbi hələlik polis tərəfindən rəsmən təsdiqlənməyib.

Larreal Venesuelanın ən məşhur idmançılarından biri idi. O, beş olimpiadada (Barselona-1992, Atlanta-1996, Sidney-2000, Afina-2004, London-2012) iştirak edib, bunların dördündə trek velosipedi üzrə çempion olub. 1990-2012-ci illərdə Venesuelada velosiped idmanının aparıcı siması olub.

tag: Venesuela, Daniela Larreal, Polis, Ölüm, Barselona, todaypress.az,