4 ölkənin səfirləri İran XİN-ə çağırıldı
Dünya
13.09.2024 06:23
Böyük Britaniya, Fransa, Hollandiya və Almaniya səfirləri İranın Rusiyaya raket göndərdiyi iddiası ilə bağlı məlumatlara görə İran Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
TodayPress xəbər verir ki, bu barədə İranın "Mizan" agentliyi məlumat yayıb.
Sentyabrın
7-də CNN telekanalı mənbələrə istinadən İranın Ukraynada istifadə etmək üçün
Rusiyaya yaxın mənzilli ballistik raketlər ötürdüyünü iddia edib. Rusiya
prezidentinin mətbuat katibi Dmitri Peskov belə məlumatların çox vaxt həqiqətə
uyğun olmadığını bildirib.
tag: Böyük Britaniya, Fransa, Hollandiya,Almaniya, Rusiya,todaypress.az,