4 ölkə İrandan “Boeing”in vurulmasına görə cavab tələb edir
Dünya
08.01.2025 19:47
İsveç, Böyük Britaniya, Kanada və Ukrayna İranı 2020-ci ildə Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "Boeing 737" təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürməyə çağırır.
TodayPress xəbər verir ki, bu barədə İsveçin xarici işlər naziri Mariya Malmer Stenerqard bildirib.
“Biz istəyirik ki, İran təyyarənin vurulmasına görə tam hüquqi məsuliyyəti öz üzərinə götürsün” diplomat qeyd edib.
Xatırladaq ki, 2023-cü ilin iyulunda Böyük Britaniya, Kanada, İsveç və Ukrayna Ukraynaya məxsus "Boeing 737" sərnişin təyyarəsinin vurulması ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinə İrana qarşı iddia qaldırıb.
Ukrayna Beynəlxalq Hava Yollarına məxsus təyyarə 2020-ci il yanvarın 8-də Tehran hava limanından qalxdıqdan sonra qəzaya uğrayıb. İran tərəfinin fikrincə, təyyarənin düşmən hədəfi olduğu müəyyən olunduğu üçün qəzaya görə təqsir hava hücumundan müdafiə sisteminin operatorunun üzərinə düşür.
Günəş Mərd
tag: İsveç,Kanada,İran,Təyyarə,Məhkəmə,Todaypress.az,