3 mindən çox ukraynalı əsirlikdən azad edildi
Ukrayna artıq əllidən çox əsir mübadiləsi aparmağa nail olub, 3310 ukraynalı əsirlikdən qayıdıb.
TodayPress bu barədə Ukrayna Prezident Volodimir Zelenskinin “Telegram” kanalına istinadla xəbər verir.
“Beləliklə, 53 mübadilə aparılıb, 3 min 310 insanımız artıq Ukraynada - öz evində, qohumlarının yanındadır” deyə paylaşımda qeyd olunub.
Ukrayna Prezidentinin sözlərinə görə, bu istiqamətdə işlər davam etdirilir:
“Biz hər bir vətəndaşımızı - bütün hərbçiləri və mülki şəxsləri, böyükləri və uşaqları rus əsirliyindən azad etməyin yollarını axtarmağa davam edirik”.
tag: Ukrayna, Volodimir Zelenski, Prezident, Hərbçilər, Əsirlik, todaypress.az,