3 hərbi münaqişə və 3 gözlənilməz nüvə böhranı

Dünya

14.08.2024 12:55

“Pentaqon Rusiya, Çin və Şimali Koreya ilə münaqişənin eyni vaxtda genişlənməsindən ehtiyat edir”.

TodayPress xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” nəşri məlumat yayıb.

“Bu gün Pentaqonda dünyanın sonunu gözləyənlər yeni bir kabus görməyə başlayıblar: bir deyil, eyni anda bir neçə düşmənin müharibəyə başlayıb, nüvə silahı atma təhlükəsi var. Gəlin təsəvvür edək, Rusiya NATO ölkəsinə hücum edərək ABŞ-ni Avropanı müdafiə etməyə məcbur etsə, Çin bundan istifadə edib Tayvanı ələ keçirsə, sonra Şimali Koreya Cənuba hücum etmək qərarına gəlsə, nə olacaq? Necə olacaq? Əlbəttə ki, eyni vaxtda üç hərbi münaqişə və üç gözlənilməz nüvə böhranı yaranacaq” deyə nəşr yazıb. 

ABŞ-nin bütün bu münaqişələrin öhdəsindən gələ biləcəyi məsələsi isə hələ ki, sual altındadır. 

Töhfə Səməd

tag: Pentaqon, Rusiya, Çin, Şimali Koreya, todaypress.az,