3 Aİ ölkəsi Ukraynaya silah tədarükünü davam etdirəcək
Niderland, Çexiya Respublikası və Danimarka 2025-ci ildə Ukrayna üçün mərmi almağa davam edəcək.
TodayPress xəbər verir ki, bu barədə Çexiya Respublikasının Baş naziri Petr Fiala "X' sosial şəbəkəsindəki səhifəsində məlumat verib.
“Biz Danimarkanın Baş naziri Mette Frederiksen və Niderlandın Baş naziri Dik Şofla 2025-ci ildə Ukraynaya sursat tədarükünü davam etdirmək barədə razılığa gəldik” deyə nazir bildirib.
Söhbət Çexiya Respublikasının təşəbbüsü çərçivəsində mərmilərin tədarükündən gedir.
Qeyd edək ki, daha əvvəl Polşa Çexiya Respublikasının Ukrayna üçün mərmi almasını maliyyələşdirməyə söz verib.
Günəş Mərd
tag: Aİ, Ukrayna, Çexiya, Polşa, Mette Frederiksen, todaypress.az,