292 milyon insan narkotikin əsarətindədir: BMT-dən qorxunc hesabat

Dünya

26.06.2024 14:29

BMT-nin Narkotiklər və Cinayətkarlıq üzrə Beynəlxalq Ofisinin (UNODC) dərc etdiyi “2024-cü il Dünya Narkotik Hesabatı” böyük təhlükənin üstünü açıb. 

TodayPress xəbər verir ki, hesabata əsasən, son 10 ildə narkotik istifadəsində 20 faiz artım olub. 

Qeyd olunub ki, 228 milyon insan marixuana aludəçisidir. Təqribən 60 milyon insanın "opioidlər" adlanan sintetik narkotiklərdən, 30 milyon insanın amfetamin tipli maddələrdən, 23,5 milyon insanın kokaindən, 20 milyon insanın isə ekstazidən istifadə etdiyi bildirilib.

Hesabata əsasən, 13,9 milyon insan narkotik vasitəni orqaniziminə yeridərək istifadə edib. Onlardan 1,6 milyonu İİV, 1,4 milyonu HİV və hepatit C, 6,8 milyonu isə hepatit C virusuna yoluxub. 

Narkomaniya ilə bağlı xəstəliklərdən əziyyət çəkən və müalicə olunmağı gözləyənlərin sayında nəzərəçarpacaq dərəcədə artım olub. 

Günəş Mərd

tag: Narkotik, İnsan, BMT, Marixuana, Hesabat, todaypress.az,