29 nəfər saxta spirtli içkidən öldü

Dünya

20.06.2024 14:50

1662

Hindistanın Tamil Nadu ştatında 29 nəfər saxta spirtli içkidən ölüb. 

TodayPress xəbər verir ki, bu barədə “Press Trust of India” məlumat yayıb.  

Saxta spirtli içkidən zəhərlənən daha 100 nəfər isə xəstəxanaya yerləşdirilib. Ölənlərin sayının artacağı istisna edilmir. 

Qeyd edək ki, analoji hal ötən ilə qeydə alınıb, Hindistanın şərqində yerləşən və 7 ildir spirtli içkilərin qadağan olunduğu Bihar əyalətində 20 nəfər saxta spirtli içkidən dünyasını dəyişib.  

Günəş Mərd

tag: İçki, Hindistan, Tamil Nadu, Ölüm, Bihar Əyaləti, todaypress.az,