27 ildən sonra ilk: Məcburi hərbi xidmət bərpa edilir
Dünya
03.12.2024 18:45
Niderland Müdafiə Nazirliyi 27 il sonra yenidən məcburi hərbi xidməti tətbiq etməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bu barədə “RTL” telekanalı məlumat yayıb.
Qeyd olunub ki, ölkənin Müdafiə Nazirliyi bu məqsədə nail olmaq üçün zəruri olan tədbirlər planı hazırlayıb. Məcburi hərbi xidmətin tətbiqi kifayət qədər uzun vaxt aparacaq, lakin qonşu dövlətlər hərbi xidmətə çağırış tətbiq etməyə başlasa, Niderland dərhal buna əməl edəcək.
Xatırladaq ki, iyulda “CNN” xəbər vermişdi ki, bir çox Avropa ölkələri Rusiya ilə münaqişəyə hazırlıq fonunda hərbi xidmətə məcburi çağırış tətbiq etməyə hazırlaşır. Həmin ölkələr arasında Latviya, Polşa, Xorvatiya və Serbiya vurğulanır.
Günəş Mərd
tag: Müdafiə Nazirliyi, Niderland, Avropa, Rusiya, Serbiya, todaypress.az,