254 hərbçinin meyiti Ukraynaya qaytarıldı
Dünya
14.06.2024 14:45
Repatriasiya tədbirləri nəticəsində müharibədə həlak olan 254 ukraynalı hərbçinin meyiti qaytarılıb.
TodayPress xəbər verir ki, bu barədə Ukraynanın Hərbi Əsirlər üzrə Koordinasiya Qərargahının "Telegram" hesabında məlumat verilib.
"Donetsk istiqamətində döyüşlərdə həlak olan 221, Zaporojye istiqamətində döyüşlərədə həlak olan 25, Luqansk istiqamətindən həlak olan 4 ukraynalı hərbçinin meyiti, eyni zamanda Rusiya ərazisindəki morqlardan təhvil alınan 4 əsgərin meyitini vətənə gətirmək mümkün olub. Ukrayna Silahlı Qüvvələri repatriasiya edilən cəsədləri və qalıqları müvafiq dövlət qurumlarına verəcək və hüquq-mühafizə orqanlarının nümayəndələri və məhkəmə-tibb ekspertləri həlak olanların şəxsiyyətini müəyyənləşdirəcəklər. Müdafiəçilərimizin cənazələri şəxsiyyəti müəyyənləşdirildikdən sonra ləyaqətlə dəfn olunmaq üçün ailələrinə təhvil veriləcək" deyə məlumatda qeyd olunub.
tag: Ukrayna, Meyit, Hərbçi, Əsgər,Silahlı Qüvvələr, todaypress.az,