25 min nəfər “Beril” qasırğasının qurbanı oldu
Dünya
03.07.2024 12:27
Venesuelanın şimal-şərqindəki Sukre əyalətində "Beril" qasırğası nəticəsində azı iki nəfər ölüb, beş nəfər itkin düşüb və 25 min nəfər zərər çəkib.
TodayPress xəbər verir ki, bu rəqəmləri Venesuelanın daxili işlər və ədliyyə naziri Remiqio Seballos açıqlayıb. O, axtarış-xilasetmə tədbirlərinin davam etdiyini bildirib.
“Beril” qasırğası bir neçə şəhərdə ciddi fəsadlara yol açıb, bölgədəki Manzanares çayı məcrasından çıxıb.
tag: Beril, Qasırğa, Venesuela, Remiqio Seballos, Manzanares, todaypress.az,