24 terrorçu hədəfi məhv edildi

Dünya

19.09.2024 10:21

Türkiyə Hərbi Hava Qüvvələri İraqın şimalındakı Hakurk, Qara, Qandil və Asos bölgələrində PKK terror təşkilatının istifadə etdiyi mağara, sığınacaq və anbarlardan ibarət 24 hədəf məhv edilib.

TodayPress xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi “X” sosial şəbəkəsindəki səhifəsində məlumat yayıb.  

“Əməliyyat nəticəsində çox sayda terrorçu zərərsizləşdirilib” deyə məlumatda bildirilib.

Günəş Mərd

tag: PKK ,Hərbi Hava Qüvvələri ,Qara ,Qandil, Asos, todaypress.az,