2100-dən çox insan Livandan Suriyaya keçdi

Dünya

28.11.2024 02:23

Son 24 saat ərzində Livandan Suriya ərazisinə 2100-dən çox insan daxil olub.

TodayPress xəbər verir ki, bu barədə İsrail mətbuatında bildirilib.

“Son sutka ərzində Livandan olan 2116 nəfər Əl-Arida, Əl-Cəvasiyə, Əl-Dabousiyah, Cisr Qamar və Cdaidet Yabous keçid məntəqələri vasitəsilə Suriya Ərəb Respublikasının sərhədini keçib.

Bundan başqa Rusiya barışıq mərkəzi Deyr əz-Zor, Raqqa və Latakiya əyalətlərində üç humanitar missiya həyata keçirərək, ümumi çəkisi 2,9 metrik tondan çox olan 300 dəst ərzaq  və bir çox dərman vasitəsi paylayıb.\\

Aynur TAC 

tag: Livan, israil, Müharibə, Suriya, todapress.az,