2080-ci ildə dünya yaşlıların olacaq

Dünya

29.11.2024 17:15

Birləşmiş Millətlər Təşkilatının dünya əhalisi ilə bağlı hesablamalarına görə, 30 ildən sonra 65 və yuxarı yaşda olan əhalinin sayı indikindən iki dəfə çox ola bilər. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, 2070-ci illərin sonuna qədər yaşlı əhalinin sayının 2,2 milyarda çatacağı gözlənilir. 2080-ci ilə qədər bu sayın 18 yaşdan kiçik uşaqların sayını ötəcəyi proqnozlaşdırılır.  

Qeyd olunur ki, dünya əhalisinin sayı isə 2,1 milyard artaraq 2080-ci illərdə 10,3 milyarda çatacaq. Hesabata görə, bu rəqəm “qlobal əhali zirvəsi” olacaq. Bu nöqtədən sonra azalma gözlənilir və əsrin sonuna kimi say 10,2 milyarda düşə bilər. 

Xatırladaq ki, hazırda dünyada 8,2 milyard insan yaşayır.

Günəş Mərd

tag: BMT ,Dünya, Əhali,Qlobal əhali zirvəsi, todaypress.az,