2050-ci ildə qlobal qaz tələbatı 5,7 trilyon kubmetr səviyyəsində olacaq

Dünya

10.10.2024 20:38

Cari ilin yanvar-sentyabrında təbii qaza qlobal tələbat 60 milyard kubmetr artıb.

 

TodayPress xəbər verir ki, bu barədə "Qazprom"un baş direktoru Aleksey Miller Sankt-Peterburq Beynəlxalq Qaz Forumunda deyib.

 

"2024-cü ilin doqquz ayında Qlobal qaz tələbatı ötən ilin eyni dövrü ilə müqayisədə 60 milyard kubmetr artıb. Bu artımın 80%-ni üç ölkə - Çin, Hindistan və Rusiya hesabına olub" Miller bildirib

 

Onun sözlərinə görə, 2050-ci ildə qlobal qaz tələbatı 5,7 trilyon kubmetr səviyyəsində proqnozlaşdırılır.


Aynur TAC

tag: Rusiya, Qaz,İdxal, İxrac, Qazprom, todaypress.az,