2025-ci ilin birinci rübündə Avropanın qaz tələbatı 8,4% artdı

Dünya

24.04.2025 23:30

8

Bu ilin birinci rübündə Avropada ümumi qaz istehlakı illik 8,4% artaraq 113 milyard kubmetrə çatıb.

TodayPress xəbər verir  ki, bu barədə Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatında vurğulanıb.

"2025-ci ilin mart ayında Aİ-nin qaza olan tələbatı əvvəlki illərlə müqayisədə 5,2% artaraq 32 milyard kubmetrə çatıb. Bu artım ilk növbədə enerji və yaşayış sektorlarında istehlakın artması ilə bağlı olub" hesabatda dərc olunub.

Bu ilin mart ayında Aİ-də boru kəməri qazı idxalı illik 11% azalaraq 12,5 milyard kubmetrə düşüb.

Aynur TAC

tag: Avropa, Qaz, İstehlak, Avropa İttifaqı,todaypress.az,