2025-ci ildə bir neçə regionda hərbi münaqişə başlaya bilər – Açıqlandı

Dünya

02.01.2025 10:00

2025-ci ildə dünyanın bir neçə regionunda hərbi münaqişələr başlaya bilər. 

TodayPress “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Avropa İnformasiya Mərkəzinin direktoru Nikolay Topornin bildirib. 

Politoloq hesab edir ki, əsas döyüşlər Rusiya-Ukrayna arasında gedəcək: 

“Əlbəttə, indi Rusiya ilə Ukrayna arasındakı münaqişə birinci yerdə dayanır. Görürəm ki, bu, yaxın gələcəkdə bitməyəcək”.

Onun sözlərinə görə, Yaxın Şərqdə də vəziyyət gərgin olacaq, burada bir anda bir neçə ölkədə hərbi əməliyyatlar başlaya bilər və ya artıq başlamış münaqişələr davam edəcək: 

“Biz həmçinin görürük ki, bir tərəfdən İsrail və Fələstin birləşmələri, digər tərəfdən “Hizbullah”, ümumiyyətlə, Livan ərazisində yerləşən ərəb müqavimət qüvvələri arasında gərginlik səngimir. Üçüncü məqam isə Suriyada alovlanan münaqişədir. Düşünürəm ki, burada da münaqişənin 2025-ci ildə davam edəcəyini və yeni münaqişə ocaqlarının yaranacağını gözləmək olar”.

Politoloq qeyd edib ki, Afrikada hərbi toqquşma riski olan daha çox məntəqələr var: 

“Gəlin Afrikanı unutmayaq. Hər il iki qonşu dövlət arasında ya hərbi qiyamlar, ya da bir növ ərazi mübahisələri olur. Bu, əlbəttə ki, ilk növbədə Sudan, Somali, Mərkəzi Afrika ölkələri - Mərkəzi Afrika Respublikası, Niger, Mali, Qvineyadır. Bir sıra ölkələr var ki, orada hakimiyyətdə kövrək hökumətlər dayanır. İstənilən an onları süpürmək olar və ya qonşu dövlətlərlə onların hansısa konflikti yarana bilər. Yəni prinsipcə, orada əlavə müharibə ocaqlarının yaranacağını gözləmək olar”.

Ekspertin fikrincə, Latın Amerikasında münaqişələr mümkündür, lakin burada risk daha azdır. Asiya regionunu da xatırlamağa dəyər: 

“Cənub-Şərqi Asiyada bəzi lokal münaqişələri istisna etmirəm. Pakistan və Hindistan arasında yerli ərazi mübahisələri zaman-zaman alovlanır. Hindistan və Çin arasında da ərazi mübahisələri alovlanır, lakin bu, hələ də daha çox yerli xarakter daşıyır. Əfqanıstanı da unutmamalıyıq. Baxmayaraq ki, indi orada hakimiyyət möhkəm şəkildə Talibanın əlindədir, lakin bu elə bir dövlətdir ki, hər an bəzi hadisələr baş verə bilər”.

Günəş Mərd

tag: İsrail, fələstin ,Müharibə, Münaqişə, todaypress.az,