2025-ci ildə ATƏT-də problemlər gözlənilir
Dünya
26.12.2024 09:51
"ATƏT-ə sədrlik 2025-ci ildə Maltadan Finlandiyaya keçəcək. Bu zaman təşkilatda problemlər yaranacaq".
TodayPress yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın ATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç bildirib.
Onun sözlərinə görə, Finlandiya ilə əməkdaşlığın perspektivləri optimist deyil:
"Bundan başqa, Finlandiya gələn ilin sonunda Təhlükəsizlik üzrə Əməkdaşlıq Forumuna da sədrlik edəcək. Beləliklə, bu ölkənin aqressiv anti-Rusiya münasibətini nəzərə alsaq, bizi ciddi problemlər gözlədiyini demək olar" Lukaşeviç vurğulayıb.
“Bu, təşkilatın özünün gələcəyi ilə bağlı ciddi narahatlıq yaradır” deyə diplomat əlavə edib.
Lukaşeviç qeyd edib ki, ATƏT NATO və Aİ-nin qolu deyil və təşkilat bir-birinin maraqlarının nəzərə alınmasının aksiom olduğu Avro-Atlantik və Avrasiya ölkələrinin bərabər iştirakını təmin edir. Bununla belə, Ukrayna ilə bağlı vəziyyət fonunda bir qrup Qərb dövlətləri, ilk növbədə bir sıra NATO üzvləri və ABŞ normal diplomatik qarşılıqlı fəaliyyətə xələl gətirir.
Qeyd edək ki, dekabrın 5-6-da Maltada ATƏT-in Xarici İşlər Nazirləri Şurasının iclası keçirilib. Nazirlər Şurasının növbəti iclasının Vyanada keçirilməsi planlaşdırılır.
Günəş Mərd
tag: ATƏT, NATO ,XİN, Ukrayna, todaypress.az,