2024 Şimali Koreya İnsan Haqları Hesabatı - K-pop dinləyən gənc edam edildi
Dünya
28.06.2024 22:04
Cənubi Koreyanın Birləşmə Nazirliyi tərəfindən "Şimali Koreyanın İnsan Haqları 2024" hesabatı dərc edilib.
TodayPress xəbər
verir ki, mədəniyyət idxalına qarşı davam edən basqıların təfərrüatlarının əks olunduğu hesabatda K-pop mahnılarını dinlədiyi üçün edam edilən Şimali
Koreyalının da adı çəkilir.
Şimali Koreyanın Cənubi Hvanqhae əyalətindən olan bir şəxs 2020-ci ildə qəbul edilmiş “mürtəce ideologiya və mədəniyyəti” qadağan edən Şimali Koreya qanununu pozaraq 70 Cənubi Koreya mahnısına qulaq asdığı, üç filmə baxdığı və onları yaydığı üçün 2022-ci ildə məhkum edilib. Adı açıqlanmayan şəxs edam edilib.
Cənubi Koreyanın Birləşmə Nazirliyi tərəfindən cümə axşamı açıqlanan 2024-cü il Şimali Koreya İnsan Haqları Hesabatında təfərrüatları açıqlanan iş 649 Şimali Koreyalı qaçqınların ifadələrini toplayır.
“The Guardian” yazır ki, hesabatda Şimali Koreya hakimiyyətinin informasiya axınına nəzarət etmək, xüsusən də gəncləri hədəf almaq üçün geniş səyləri təfərrüatlı şəkildə açıqlanıb.
Bundan başqa hesabatda Şimali Koreyada qadağan edilən gəlinlərin ağ paltar geyməsi, bəylərin gəlini qucağına alması, gün eynəyindən istifadə etmək kimi əməllərə görə cəzalandırılanların siyahısı da yer alıb.
Hesabata görə, mobil telefonlardakı ifadələr və jarqon terminlər tez-tez yoxlanılır.
Qeyd edək ki, Şimali Koreyada K-pop qadağasının başlanğıcı Şimali Koreyalıları Qərb mədəniyyətinin "zərərli" təsirlərindən qorumaq məqsədi daşıyırdı və keçmiş lider Kim Çen İnn hakimiyyəti dövründə daha da gücləndi . Hazırda oğlu Kim Çen Inn atasının siyasətini “uğurla” davam etdirir
GÜNEL
tag: Şimali Koreya, Cənubi Koreya, Qərb mədəniyyəti, K-Pop, todaypress.az,