2024-cü ildə dünya əhalisi təxminən 82 milyon nəfər artdı
Dünya
31.12.2024 08:43
2024-cü ildə dünya əhalisi bir il əvvəlki ilə müqayisədə
təxminən 82 milyon nəfər artıb.
TodayPress xəbər verir ki, bu
məlumatlar Almaniyanın Dünya Əhali Fondu tərəfindən təqdim edilib.
Təşkilatın hesablamalarına görə, 2025-ci il yanvarın 1-nə qədər dünyada 8,156
milyard insan yaşayacaq. Eyni zamanda, Almaniyanın əhalisi il ərzində eyni
səviyyədə qalıb və təxminən 84 milyon nəfərdir.
Əhali artımı
ilk növbədə Afrikada müşahidə olunur. Fondun ekspertləri deyirlər ki, növbəti
iki onillikdə bu qitədə yaşayan insanların sayı iki dəfədən çox arta bilər.
BMT-nin
məlumatına görə, 2037-ci ildə dünya əhalisi ilk dəfə olaraq 9 milyardı keçə
bilər.
tag: BMT, Əhali, Dünya, Almaniya, Əhali Fondu, todaypress.az,