2000 il yaşı olan heykəl tapıldı
Dünya
31.01.2025 17:30
32 yaşlı kişi Yunanıstanın Saloniki şəhərində parkda gəzərkən zibil torbasına bükülmüş qədim yunan heykəlinə rast gəlib.
TodayPress xəbər verir ki, bu barədə “The Collector” məlumat yayıb.
Mərmərdən hazırlanan, təxminən 78 sm hündürlüyündə olan başsız və qolsuz qadın heykəli yerli hakimiyyət orqanlarına təhvil verilib.
Heykəli tədqiq edən arxeoloqlar onun Hellenistik dövrə aid olduğunu, ən azı 2000 il yaşı olduğunu müəyyən edib.
Mütəxəssislər qədim yunan heykəlinin bir ilahəyə dini məqsədlər üçün qurban olaraq istifadə edildiyini fikrini irəli sürüb.
Qeyd edək ki, ellinizm dövrü Makedoniyalı İskəndərin eramızdan əvvəl 323-cü ildə ölümündən sonra başlayıb və eramızdan əvvəl 31-ci ildə, sonuncu ellenistik sülalənin yüksələn Roma İmperiyası tərəfindən süquta uğradılması nəticəsində sona çatıb.
Bu dövrün ən məşhur əsərləri arasında “Samothrace Nike”, “Barberini Faun” və “Venera de Medici” heykəlləri var.
Nicat Osman
tag: Yunanıstan,Heykəl,Ellinizm,Venera,Todaypress.az,