2 yaşlı uşaq əmisi oğlunu traktorla əzib öldürdü

Dünya

09.05.2025 23:40

12

Türkiyədə 2 yaşlı uşaq 1 yaşlı əmisi oğlunu traktorla əzib.

TodayPress Türkiyə KİV-ə istinadən  bildirir ki, hadisə Şanlıurfanın Birecik qəsəbəsində baş verib.

2 yaşlı M.C.G. üzərinə dırmaşıb oynadığı traktoru anidən hərəkətə gətirib. Nəticədə ağır nəqliyyat vasitəsi qarşıda oynayan 1 yaşlı M.E.G.-ni əzib. Körpə ağır xəsarətlərlə xəstəxanaya aparılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

tag: Türkiyə, Traktor, Hadisə, Qəza,todaypress.az,