2 nəfərdə beyin yeyən parazit tapıldı

Dünya

20.09.2024 09:14

892

Los-Ancelesdə iki nəfər "yenot dəyirmi qurdu” kimi tanınan nadir parazitar infeksiyaya yoluxub.

TodayPress xəbər verir ki, bu barədə "Los Angeles Times" məlumat yayıb. 

Hər iki şəxsə baylisaskaroz diaqnozu qoyulub. 

Xəstəlik insanlarda nadir rast gəlinir və insandan insana keçmir. 

Nəşr qeyd edir ki, qurdlar insan orqanizminə torpaq, su və ya yenot nəcisi ilə çirklənmiş maddələrlə daxil ola bilir.

Günəş Mərd

tag: Los-Anceles,İnfeksiya,Yenot dəyirmi qurdu,Diaqnoz,todaypress.az,