19-cu əsrə aid gəminin qalıqlarından 100-dən çox şampan şüşəsi çıxarıldı
Baltik dənizində dalğıclar içərisi
şampan, şərab, mineral su və çini ilə yüklənmiş 19-cu əsrə aid yelkənli gəminin
qalıqlarını tapıblar.
TodayPress xəbər
verir ki, gəminin içərisində 100-dən çox şampan şüşəsi olub.
Tapıntı İsveçin Oland
adasından təxminən 37 km cənubda aşkar edilib.
Üzərində Alman şirkəti
“Selters”in adı qeyd olunmuş gil su şüşələri dağıntının 1850-1867-ci illərə aid
olduğunu üzə çıxarıb.
Dalğıc komandasının lideri
Staçura qeyd edib ki, bu gün şampan şüşələri insanları daha çox maraqlandırsa
da, mineral su həmin vaxt demək olar ki, dərman kimi istifadə olunan eksklüziv
məhsul olub və yalnız kral süfrələrinə yol tapıb.
"Onun dəyəri o qədər çox
idi ki, nəqliyyat vasitələri polis tərəfindən müşayiət olunurdu" o əlavə
edib.
Cənab Staçura “BBC”-yə
açıqlamasında bildirib ki, o, malların 1852-ci ildə bölgədə gəmilərindən birini
itirdiyi bildirilən Rusiya çarı I Nikolayın süfrəsi üçün nəzərdə tutulduğuna
inanır.
"Bu, gəminin niyə bu qədər
eksklüziv yüklərə sahib olduğunu izah edir”.
Nəzrin Cavadzadə
tag: Şampan, Rusiya çarı, Nikolay, Gəmi, todaypress.az,