1800 illik məqbərə tapıldı

Dünya

23.01.2025 13:04

Türkiyəli alimlərin Assosda 1981-ci ildən bu yana apardıqları qazıntıların 44-cü mövsümü başa çatıb.    

TodayPress xəbər verir ki, bu barədə Türkiyə Mədəniyyət və Turizm Nazirliyi məlumat yayıb. 

Bildirilir ki, qazıntılar nəticəsində Çanaqqalanın qədim Assos şəhərində 2200 illik mozaika və 1800 illik məqbərə tapılıb.   

Ehtimal ki, məqbərə Ellinizm dövründə gimnaziya kimi istifadə edilib, lakin Bizans dövründə yaşayış sahəsinə çevrilib və son istifadəsinə verilib. 

Qeyd edək ki, əhəmiyyətli bir liman şəhəri olan Assos xarabalıqları və təbiəti ilə hər il yarım milyona qədər turist cəlb edir.   

Nicat Osman

tag: Türkiyə,Məqbərə,Mərmər,Assos,Ellinizm,Todaypress.az,