168 il əvvəl batmış gəminin qalıqları tapıldı

Dünya

16.09.2024 13:45

779

Atlantik okeanının Massaçusets sahillərində 168 il əvvəl batmış “Le Lyonnais” paroxodunun qalıqları tapılıb. 

TodayPress xəbər verir ki, bu barədə “Fox News” məlumat yayıb.

Bildirilib ki, “Le Lyonnais” 2 noyabr 1856-cı ildə Fransanın Havr şəhərinə ilk səyahəti zamanı “Adriatik” gəmisi ilə toqquşub. “Adriatik”də hər hansısa cüzi nasazlıq yaranmasa da, “Le Lyonnais”in göyərtəsində iri dəlik yaranıb ki, bu da gəminin bir neçə gün sonra batmasına səbəb olub. “Le Lyonnais”də olan 132 sərnişindən yalnız 18-i sağ qalıb. 

Qeyd edək ki, “Atlantic Wreck Savage” (AWS) komandası səkkiz il davam edən axtarışların sonunda nəhayət ki, “Le Lyonnais”in qalıqlarını aşkar edə bilib. 

Töhfə Səməd

tag: Atlantik, Massaçusets, Adriatik, Fransa ,Le Lyonnais ,todaypress.az,