1500-dən miqrant Moskvadan deportasiya ediləcək

Dünya

18.06.2024 17:20

1547

Moskva vilayətində miqrantlara qarşı “Qeyri-leqal 2024” əməliyyatı keçirilib. 

TodayPress xəbər verir ki, bir həftə davam edən əməliyyatın birinci mərhələsinin nəticələrinə görə, 1500-dən çox miqrant Rusiya Federasiyasından çıxarılacaq.

Rusiya Daxili İşlər Nazirliyindən verilən məlumata görə, “Qeyri-leqal 2024” əməliyyatının məqsədi qeyri-qanuni miqrasiyaya qarşı mübarizə, miqrasiya sahəsində inzibati xətaların və cinayətlərin müəyyən edilməsidir.

tag: Qeyri-leqal 2024, Rusiya, Moskva, Dünya, todaypress.az,