126 milyonluq təhlükəsizlik sazişi

Dünya

29.05.2024 10:49

Ukrayna Portuqaliya ilə Lissabonun 126 milyon avroluq hərbi yardım ayırmasını nəzərdə tutan təhlükəsizlik sazişi imzalayıb. Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenskinin ofisinin saytında məlumat verilib.

“Lissabonda Ukrayna Prezidenti Volodimir Zelenski və Portuqaliyanın Baş naziri Luis Monteneqronun təhlükəsizlik sahəsində əməkdaşlığa dair ikitərəfli sazişi imzalanıb. Portuqaliya bu il ən azı 126 milyon avroluq hərbi yardım göndərəcək” məlumatda deyilir. 

Zelenski dəstəyə görə minnətdarlığını bildirib və Portuqaliyanı ölkəsinin yenidən qurulmasında tərəfdaş adlandırıb. Saziş 10 illik müddətə nəzərdə tutulub.

tag: Dünya xəbərləri, Ukrayna,Volodimir Zelenski, todaypress.az,