12 turist qızıl mədənində köməksiz qaldı
Dünya
11.10.2024 17:10
ABŞ-nin Kolorado ştatında istifadə olunmayan “Mollie Kathleen” qızıl mədənində baş verən qəza nəticəsində 12 nəfər köməksiz qalıb.
TodayPress xəbər verir ki, yerli polis idarəsinin məlumatına görə, ziyarətçiləri dərinliyə daşıyan liftdə baş verən mexaniki nasazlıq nəticəsində bir turist ölüb, dörd nəfər yaralanıb, 11 nəfər isə xilas edilib.
Hazırda 300 metr dərinlikdə qalan 12 turistlə əlaqə yaradılıb. Polis idarəsindən bildiriblər ki, lift sistemi təmir edilənədək onları mədəndən çıxarmaq mümkün olmayacaq.
Qeyd edək ki, 1960-cı illərdə bağlanan “Mollie Kathleen” mədənindən hazırda turizm məkanı kimi istifadə edilir.
tag: Qızıl mədəni,ABŞ,Polis,Kolorado,Todaypress.az,