12 ştat Trampı məhkəməyə verdi

Dünya

24.04.2025 09:30

6

Oreqon ştatının baş prokuroru, Kolorado, Nevada, Nyu-York və Nyu- Meksiko da daxil olmaqla 12 ştatın dəstəyi ilə ABŞ prezidenti Donald Trampa qarşı məhkəmədə iddia qaldırıb.   

TodayPress xəbər verir ki, bu barədə "TASS" məlumat yayıb. 

Onlar Trampın idxal tarifləri ilə bağlı qərarlarını qanunsuz sayırlar və bu qərarların ölkənin ticarət siyasətinə zərər vurduğunu bildirirlər. 

İddiada deyilir ki, Tramp tarifləri öz istədiyi kimi tətbiq edib və bu, ABŞ Konstitusiyasına ziddir.

Onlar həmçinin hesab edirlər ki, Tramp əsassız şəkildə fövqəladə vəziyyət elan edərək tarif siyasətini dəyişib.   

İddia ABŞ Beynəlxalq Ticarət üzrə Federal Məhkəməsinə təqdim olunub. 

Türkan İsgəndərli

tag: ABŞ,Tramp,Məhkəmə,Ştat,Todaypress.az,