1060-cı gün: Rusiyanın itkiləri yeniləndi

Dünya

18.01.2025 17:40

Ukrayna müharibənin 1060-cı günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

TodayPress xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 817 160 hərbçi, 9 803 ədəd tank, 20 394 ədəd zirehli döyüş maşını, 22 040 ədəd artilleriya sistemi, 1262 ədəd RYAS (reaktiv yaylım atəş sistemi), 1046 hava hücumundan müdafiə sistemi, 369 ədəd hərbi təyyarə, 331 ədəd helikopter, 34 325 ədəd avtomobil texnikası, 22 579 ədəd PUA, 3049 qanadlı raket, 28 gəmi/kater, 1 sualtı qayıq, 3 699 xüsusi avadanlıq itirib.


Nicat Osman

tag: Ukrayna, Rusiya, 1060cı gün,Müharibə, Dünya,todaypress.az,